Axtarış nəticələri

Bizim Xidmətlər

Daşınmaz Əmlakın Satışı və İcarəsi

RECA (real estate corporation of Azerbaijan -  Azərbaycanın daşınmaz əmlak korporasiyası) daşınmaz əmlakınızın satışını və icarəsini həyata keçirən və bu üzrə ixtisaslaşan şirkətdir. Hal hazırda 100-dən çox satış menecerləri ilə sizə peşəkar səviyyədə xidmət göstərməkdədir. Siz əmlakınızın satışı və icarəsini bizə həvalə etməklə əməliyyatlarınızı daha sürətli həyata keçirmiş və vaxtınıza qənaət etmiş olursunuz. "Evinizi ən tez biz satarıq" devizi ilə xidmət göstərən RECA Əmlak hər zaman müştərilərini məmnun etməyi bacarmışdır.

Daşınmaz Əmlakın qiymətləndirilməsi

Azərbaycan əmlak bazarının inkişafı və ipoteka ilə ayrılan məbləğlərin artırılması satış əməliyyatlarının günü gündən sürətlə artmasına səbəb olmuşdur. Bu da  öz növbəsində "Daşınmaz Əmlakın Qiymətləndirilməsi" nə olan ehtiyacı artırmışdır. RECA Əmlak-ın peşəkar əmlak mütəxəssisləri tərəfindən, satmaq və ya almaq istədiyiniz əmlakın real bazar qiymətinə uyğun qiymətləndirilməsi peşəkar səviyyədə həyata keçirilir.

Daşınmaz Əmlakla əlaqəli hüquqi dəstək

Əmlak bazarı iştirakçılarının və potensial müştərilərin daşınmaz əmlakla əlaqəli qanunvericilikdən və hüquqlarından xəbərsiz olması bizi belə bir xidmət növü yaratmağa məcbur etmişdir. Bu xidməti RECA MMC olaraq tam ödənişsiz həyata keçiririk. İş saatları ərzində bu xidmət növündən bizimlə əlaqə saxlayaraq və ya ofislərimizə yaxınlaşaraq, peşəkar hüquqşünaslarımızın və mütəxəssislərimizin məsləhətlərindən yararlana bilərsiniz. Daşınmaz Əmlak satarkən və ya alarkən işinizi peşəkarlara etibar edin ki xəyallarınız yarıda qalmasın. 

Əmlak bazası - Estate Helper

RECA MMC olaraq əmlak bazarı iştirakçılarına yeni bir məhsul təqdim edirik. Dəftərinizdən ev axtarmağa son deyirik və sizi Estate Helper-i istifadə etməyi məsləhət görürük. Aylıq abunə haqqı cəmi 45 AZN-Gün ərzində 400-dən çox mülkiyyətçi elanlarının oxunması-500.000-dən çox mülkiyyətçi elanı bazası-Şəxsi əmlak bazanızı yaratmaq və online idarə etmək imkanı-Rahat və sürətli axtarış sistemi Bazanı komputerinizə buradan yükləyə bilərsiniz.

Müqayisə Et