RECA İdarə heyəti, “RECA” Məhdud Məsuliyyətli Cəmiyyəti (RECA Əmlak) tərəfindən idarə edilən www.reca.az internet resursunun (bundan sonra sayt adlandırılacaq) və birbaşa əlaqəli digər internet resurslarının, istifadəçi və ya üzv olaraq istifadəsi zamanı yerinə yetirilməli olan şərt və qaydaları müəyyən edir. Saytı ziyarət edən istifadəçilər və RECA Əmlak ilə əməkdaşlıq müqaviləsi imzalayan üzvlər, saytdan istifadə edərkən aşağıda göstərilən qaydalara əməl edəcəklərini qəbul edir və öhdəlik götürürlər.
Saytda əmlak agentləri, podratçılar və inşaat şirkətləri də daxil olmaqla, fiziki və hüquqi şəxslər tərəfindən daşınmaz əmlakın satışı, icarəsi və digər xidmət və əməliyyatları rahatlıqla həyata keçirmək üçün RECA Əmlak müxtəlif şərtlərə tabe olan siyahı və görüntüləmə seçimlərini təmin etmək, habelə, bu elanları üzvlər və istifadəçilər üçün əlçatan etmək məqsədini daşıyır.
Saytı ziyarət edərək aşağıda göstərilən istifadəçi şərtlərini oxuduğunuzu, heç bir etiraz olmadan istifadə qaydalarını tam başa düşdüyünüzü və qəbul etdiyinizi, bu məsələlərə dair hər hansı bir etiraz etməyərək razılıq verdiyinizi və əvvəlcədən bəyan etdiyinizi bildirirsiniz. Bu istifadəçi şərtlərini qəbul etmədiyiniz təqdirdə saytdan istifadəni dayandırmağınız tövsiyyə olunur.
RECA Əmlak bu istifadə şərtlərində, saytda və saytın məzmununda istənilən vaxt birtərəfli dəyişikliklər, yeniliklər və düzəlişlər etmək hüququna malikdir. Bu dəyişikliklər, düzəlişlər və yeniliklər saytda dərc edildiyi andan etibarən qüvvəyə minir və İstifadəçi tərəfindən qəbul olunduğu hesab edilir.
www.reca.az heyəti saytda mövcud olan hər hansı bir elanın məlumatının, vizualının, mətninin, daşınmaz əmlakın quruluşunun, adının, yerləşməsinin həqiqiliyini və etibarlılığını araşdırmaq öhdəliyi daşımır. İstifadəçi/üzv saytda mövcud olan hər hansı bir elan və ya reklamın məzmununa görə sayt rəhbərliyi və əməkdaşlarının heç bir halda məsuliyyət daşımadığını və cavabdeh olmayacağını bilir.
İstifadəçi/üzv saytda mövcud olan hər hansı bir elan və ya reklamla əlaqəli hər hansı bir qanuni proses və ya satınalma prosesi başlatmaq istədikdə bu barədə qanuni prosedurları yerinə yetirmək üçün müvafiq dövlət orqanlarına müraciət etməli və ya saytımızın əlaqə nömrələri ilə əlaqə saxlayıb peşəkar məsləhətlər əldə etməlidirlər.
RECA Əmlak saytda mövcud olan elanlarda və ya digər bölmələrdə, öz idarəçiliyində olmayan digər sayt və portalların reklamlarının və ya linklərinin yayımlana biləcəyini və bu linklərə keçid etdikdən sonra həmən saytlarda mövcud ola biləcək üçüncü saytların linklərinin yarada biləcəyi təhlükə və zərərlərə görə məsuliyyət daşımadığını öncədən istifadəçilərə/üzvlərə bildirir. Bu reklam və ya linklərə keçiddən sonra yaranan nəticələrə görə istifadəçilər birbaşa özləri məsuliyyət daşıyırlar.
İstifadəçi/üzv sayta yüklədiyi elanlarda daşınmaz əmlak, satıcı, məzmun və ya əlaqəli digər məlumatlar barədə qanunvericiliklə tələb olunan tədbir və prosedurları yerinə yetirməli olduğunu, bu qayda və şərtləri qəbul etdiyini bildirir.
İstifadəçi və üzvlər məzmun bazası, dizayn, mətn, şəkil, html kodu, digər kod və proqramlar daxil olmaqla sayta aid heç bir məlumatı kopyalamayacaq, dəyişdirməyəcək, heç bir robot, hörümçək və ya digər avtomatlaşdırılmış vasitələrdən və ya əl proseslərindən istifadə etməyəcəyini qəbul edirlər.
RECA Əmlak istifadəçi və üzvlərin saytdan və infrostrukturundan yuxarıda göstərilən şərtləri və qanunları pozaraq istifadə etdiyini müəyyən edərsə, bu barədə səlahiyyətli orqanlara məlumat vermək, lazımi tədbirlər görmək və üzvlüyü ləğv etmək hüququna malikdir.
Zəhmət olmasa istifadəçi adınızı və ya e-poçt adresinizi daxil edin. E-poçt vasitəsilə yeni bir parol yaratmaq üçün bir əlaqə alacaqsınız.