Evimin Qiyməti Nədir

Evinizi satmağınıza kömək edə bilərik. Alıcı tapmaq, evinizi hazırlamaq və qiymətdə razılaşmaqla məşğul oluruq. Mütəxəssislərimiz evinizi satmağınıza kömək edə bilər. Evin dəyərini pulsuz qiymətləndirin və evinizi satmaq haqqında ətraflı məlumat əldə edin. Əlavə məlumat üçün bu gün bizə zəng edin!


QİYMƏTLƏNDİRMƏ VƏ EKSPERTİZA XİDMƏTİ

Ekspertiza və qiymətləndirmə xidməti “RECA” MMC-nin təklif etdiyi başlıca xidmət sahələrindən biridir. Şirkətimiz istənilən növ daşınmaz əmlakın, bizneslərin (müəssisələrin), qeyri-maddi aktivlərin və əqli mülkiyyətin, nəqliyyat vasitələrinin, ekspertiza və qiymətləndirilmə fəaliyyətini həyata keçirir. Şirkətimiz tərəfindən həyata keçirilən daşınmaz əmlakın qiymətləndirmə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu), Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS) və prinsiplərinə, “Milli Qiymətləndirmə Standartları”na (AZS) və digər müvafiq qanunvericilik aktlarına tam uyğundur.  

Təklif etdiyimiz qiymətləndirmə xidməti qiymətləndirmə sahəsində mövcud olan yerli və beynəlxalq qiymətləndirmə standart və metodlarına müvafiq olaraq yüksək səviyyədə həyata keçirilir. Qiymətləndirmə xidmətimizdən həm hüquqi, həm də fiziki şəxslər rəsmi şəkildə yararlana bilərlər. 

Nə üçün bizim qiymətləndirmə xidmətimizi seçməlisiniz? 

Hazırda Azərbaycanın daşınmaz əmlak sektorunda onlarla qiymətləndirmə şirkəti və müstəqil qiymətləndiricilər fəaliyyət göstərir. Lakin bizim onlardan başlıca üstünlüyümüz ondan ibarətdir ki, şirkətimiz təkcə daşınar və daşınmaz əmlakın qiymətləndirmə fəaliyyətini həyata keçirmir, eyni zamanda 5 ildən çoxdur ki, daşınmaz əmlakın alqı-satqısı, marketinqi, layihələndirilməsi və təmir-tikinti-tərtibatı sahələri üzrə də rəsmi qaydada peşəkar xidmət qurub. Bakı şəhəri üzrə bir çox ərazidə fəaliyyət göstərən əmlak ofislərimiz və bu illər ərzində formalaşmış ekspertlərimiz sayəsində daşınmaz əmlak bazarındakı qiymətlər, yeniliklər, o cümlədən sektorun ilbəil təzələnən trendləri və prespektivləri barədə ətraflı informasiya və biliklərə sahibik. Məhz bu səbəblərdən, ölkənin daşınmaz əmlak bazarından tam məlumatlı olan təcrübəli mütəxəssis və qiymətləndiricilər tərəfindən rəsmi qaydada həyata keçirilən qiymətləndirmə fəaliyyətimiz bir sıra üstünlükləri ilə seçilir, o cümlədən dürüst, obyektiv və etibarlıdır. Beləliklə, daşınar və daşınmaz əmlakınızın bazar, likdiv və investisiya dəyərinin operativ və peşəkar şəkildə müəyyən edilməsini istəyirsinizsə, xidmətlərimizdən istifadə  üçün bizə müraciət edə bilərsiniz.  

Abunə Olun

Ən son yenilənmələrdən xəbərdar olun

Müqayisə Et

Müqayisə Et