Yasamal rayonu, 20 yanvar ve İnşaaçılar metrosuna 15 dəqiqəlik piyada məsafədə, 2 nömrəli Tibb kollecinin yaxınlığında yerləşən tam yaşayışlı binada tam 4 otaqlı mənzil satılır. Mənzil 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir, qazı və kupçası var.
Mənzil super təmir edilib. Hol, mətbəx və sanitar qovşaq isti polla təchiz edilib.
Mənzil satışa mətbəx mebeli və məişət texnikası ilə birlikdə təqdim edilir.
Biri yataq otağında olmaqla iki sanitar qovşaq mənzilin üstünlüklərindəndir. Keyfiyyətli santexnika və askesuarlarla təchiz edilib.
İstilik sistemi kombidir.
Binanın sürətli liftləri, 24 saat kamera müşahidə və mühafizəsi, yeraltı parkinqi var. Ətrafında supermarket, mağazalar, klinika və uşaq bağçası və s. lazımi infrastruktur obyekləri var.