H.Aslanovda, Nargilə kafesinin yaxınlığında 3 otaqlı mənzil satılır. Mənzil əla təmirlidir. 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Orta blokdadır, künc deyil. Yelçəkən (skvaznoy) mənzildir. Hal-hazırda mənzildə yaşayış yoxdur. Mənzili əşyalarla birlikdə də almaq mümkündür. H.Aslanov metrosundan piyada 15 dəqiqəlik məsafədədir. Yanında avtobus dayanacağı var və bütün istiqamətlərə avtobuslar işləyir. Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz. Mənzil RECA Əmlak şirkəti tərəfindən satışa təqdim olunur. Ofis haqqı satılan məbləğin 1%idir.