Yeni Yasamalın ən keyfiyyətli yeni tikililərindən birində, 308 saylı məktəbin yanında 3 otaqlı mənzil satılır. Mənzil 5-ci mərtəbədə yerləşir. Mətbəx, dəhliz və hamamda isti pol var. Eyvan iki otağı birləşdirir.
Pol parket, divarlar isə yuyula bilən vinil oboylardır. Koridor geniş, yataq otaqlarından birində ayrıca qarderob qapısı olan qarderob otağı var.Binanın səs izolyasiyası mükəmməldir, qışda isti, yay vaxtı sərindir.
Binanın 24 saat mühafizəsi var, həyət maşınlar üçün bağlı və uşaqların oynaması üçün təhlükəsizdir. Həyatyanı və binaaltı dayanacağı mövcuddur.
Mənzil müasir təmirlidir və təmirdən sonra mənzildə heç kəs yaşamayıb. Mənizlin ümumi sahəsi 115 m2, net sahəsi 103 m2-dir.
Qiymərləndirmə uyğunluğuna görə İpoteka üçün ideal variantdır. Mənzilin ilkin proyekti 2 otaq olub, 3-ə düzəlib. Sahəsi böyük olduğu üçün hər üç otaq genişdir və çölə pəncərələri var.