Nardaran qəsəbəsi, “Ləhic bağları” deyilən ərazidə 2 mərtəbəli kürsülü, 3 otaqlı, yaxşı təmirli bağ evi satılır. Evin sahəsi 135 kv metrdir. Evin mətbəxi, sanitar qovşağı və anbarı vardır. Birinci mərtəvədə 6 kv metrlik eyvan, ikinci mərtəbədə isə 21 kv metrlik eyvan vardır. Evin birinci mərtəbəsində geniş qonaq otağı, ikinci mərtəbəsində isə iki ayrı yataq otağı yerləşir. Evin xarici divarları iki daşla hörülüb. Evin fundamenti monolit betondan hazırlanıb. Mərtəbələr arası örtük bütöv monolit betondan hazırlanıb. Kürsü (sokol) səviyyə monolit beton kəmərdir. İkinci mərtəbənin üsti monolit beton kəmərdir. Evin damı yüksək keyfiyyətli xarici istehsal metalloçerepitsadan hazırlanıb. Ev yaxşı təmirlidir, yeni alınmış və az istifadədə olunmuş əşyalarla birlikdə satılır. Əsas asfalt yoldan (dairəvi) 70-80 metr aralı, dənizdən 800-900 metr aralıdır. Evin gözəl dəniz mənzərəsi vardır.