Əhmədli metrosuna 10 dəqiqəlik məsafədə müasir yaşayış kompleksində yerləşən 20 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 48 kvm. olan mənzil TƏCİLİ satılır. Mənzil əla və yeni təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Mənzilin qaz, işıq, su və digər kommunal xidmətləri fasiləsizdir.
Bina yola yaxın məsafə yerləşir, gediş-gəlişli yerdədir və ətrafında lazımi infrastruktur obyekləri vardır. Bina sürətli liftlərlə təmin olunub. Binanın geniş həyəti, uşaq oyun meydançası, oturub istirahət etmək üçün üstübağlı geniş sahəsi, gözəllik salonları, marketlər, meyvə-tərəvəz və s. var. Bir sözlə, yaşayış və şəhərə çıxış üçün əlverişli yerdədir.
Mənzilin sənədi müqavilədir. Binada kupça var, alıcı istədiyi təqdirdə mənzilə kupça ala bilər.
Maraqlanan şəxslər əlaqə saxlaya və ya Whatsapp-a yaza bilər. Xidmət haqqı 1 %-dir.