Tam yaşayışlı, qazlı və kupçalı (çıxarışlı) 12 mərtəbəli yeni tikilinin 8 ci mərtəbəsində mənzil satılır. Ukrayna və Neapol dairəsi, Heydər Əliyev parkı və yeni Asan Xidmətin yaxınlığında yerləşir. Təmir işləri yüksək səviyyədə və keyfiyyətdə aparılıb. Kombi sistemi və isti pol quraşdırılıb. Qaz, işıq, su və digər kommunal xidmətlər fasiləsizdir.
Binanın geniş və qapalı həyəti, 24 saat mühafizə xidməti və 2 mərtəbəli çox geniş parkinqi var. Binanın hər tərəfi nəzarət kameralarıyla təmin olunub. Sərnişin və yük liftləri OTİS markasınına aiddir. Mənzilin gözəl panoraması var.
Çox yaxın məsafədə 4 orta məktəb və əla təmirli dövlət bağçası yerləşir. Binanın yaxınında (məktəbin ərazisində) 3 mərtəbəli idman kompleksi tikilir.
Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz. Xidmət haqqı 1 faizdir.