Əhmədli metrosunun yaxınlığında yerləşən 20 mərtəbəli yeni tikilinin 16-cı mərtəbəsində 2 otaqlı qanuni mənzil təcili surətdə satılır. Binadan metroya qədər məsafə 5-10 dəqiqəlikdir. Binanın yaxınlığında marketlər, avtobus dayanacağı və digər lazımi infrastruktur obyektləri vardır. Binada hazırda yaşayış var, qaz, işıq, su daimidir.
Mənzilin kupçası var və ümumi sahəsi 71.2 kvadrat metirdir. Mənzil əla təmirlidir və təmir zamanı keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Pol bahali parketdir. Mənzilin geniş işıqlı otaqları, mətbəxi, sanitariya qovşağı, keyfiyyətli aksesuarlar və santexnikası, KOMBİ istilik sistemi mövcuddur. İsti və soyuq su təchizatı daimidir. Mətbəx mebeli və bəzi əşyalar qalacaq.
Binanın sürətli liftləri, yeraltı qarajı, təmiz səliqəli blokları, sakinlərin istirahəti üçün geniş həyəti və 7/24 saat mühafizə xidməti vardır.
Müasir standartlara cavab veren kompleksin üstünlükləri: iki metroya yaxın məsafə, 24 saat kamera nəzarəti, kodlaşdırılmış giriş – çıxışı, yanğın təhlükəsizlik sistemi, yaxınlığında uşaq bağçası, məktəb və apteklər.
Real alıcılar əlaqə saxlaya bilər, qiymətdə endirim mümkündür. Xidmət haqqı 1 faizdir.