Məlum olduğu kimi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa Milli Məclisin etdiyi son dəyişikliklərdən sonra (2021) daşınmaz əmlakla aparılan əməliyyatlara tətbiq edilən rüsumlar qalxdı. RECA Əmlak daşınmaz əmlakla aparılan başlıca əməliyyatlarla bağlı rüsumların, notariat xidmət haqlarının məbləğlərini, o cümlədən ödəyəcəyiniz toplam məbləğləri sizin üçün təqdim edir. Araşdırma “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılıb.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Rüsumun məbləği | Notariat xidmət haqqının məbləği | Toplam məbləğ |
1.Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə: | 25 AZN | 3.7 AZN | 28.75 AZN |
2. Müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə: | 280 AZN | 42 AZN | 322 AZN |
3. Yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün: | 35 AZN | 5.25 AZN | 40.25 AZN |
4. Bakı şəhərində ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | 150 AZN | 22.5 AZN | 175.5 AZN |
5. Digər şəhər və rayonlarda ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | 50 AZN | 7.5 AZN | 57.5 AZN |
6. Bakı şəhərində qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | 60 AZN | 9 AZN | 69 AZN |
7. Digər şəhər və rayonlarda qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: | 25 AZN | 3.75 AZN | 28.75 AZN |
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış:
Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.
Bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz.