Azərbaycanda mənzillərin otaq sayına görə bölgüsü

  • 2 ay ago
  • 1

Azərbaycanda mənzillərin otaq sayına görə bölgüsü/Bakı şəhəri üzrə yaşayış evlərinin növünə və məxsusluğuna görə bölgüsü

 

Son rəsmi statistikaya əsasən (2019) hazırda Azərbaycanda 2 mln. 147 min mənzil mövcuddur.  Ölkə üzrə bütün mənzillərin 40%-i məhz kəndlərdə yerləşir. Mənzillərin 60 %-i isə şəhərlərin payına düşür.

2019-cu ilin yekunlarına görə, Azərbaycanda bütün mənzillərin otaq sayına görə bölgüsü aşağıdakı kimi olub: (İqtisadçı Rövşən Ağayevin tərtib etdiyi diaqram).

Diaqramdan göründüyü kimi, bu mənzillərin 3.6%-i 1 otaqlı, 25%-i 2 otaqlı, 40,6%-i 3 otaqlı, təxminən 30%-i 4 və daha çox otaqdan ibarət olub. Beləliklə, ölkə üzrə mənzil bazarında otaq sayına görə ilk yeri 3 otaqlı evlər, daha sonra isə iki və dörd və daha çox otaqlı evlər tutur. 1 otaqlı mənzillərin ümumi bölgüdəki payı isə çox azdır.

Rəsmi statistikaya görə (2019) Bakı şəhəri üzrə bütün mənzillərin 8.7 %-i 1 otaqlı, 36.4 %-i iki otaqlı, 39.4 %-i 3 otaqlı, 12.3 %-i 4 otaqlı, 3.2 %-i isə 5 və daha çox otaqlıdır. Statistikadan aydın olur ki, Bakı şəhəri üzrə bütün mənzillərin otaq sayına görə bölgüsündə ilk yeri 3 otaqlı, daha sonrakı yerləri isə 2 və 4 otaqlı mənzillər tutur. Bakı şəhəri üzrə mənzillərin otaq sayına görə bölgüsündə ən az paya 5 və daha çox otaqlılar sahibdir.

 

Bakı şəhəri üzrə yaşayış evlərinin növünə görə bölgüsü aşağıdakı kimidir:

-Fərdi yaşayış evləri: 23.4 %

-Çoxmənzilli binada mənzil: 74.1 %

-Yataqxana: 0.7 %

-Digər: 2.6 %

 

Bakı şəhəri üzrə yaşayış evlərinin məxsusluğuna görə bölgüsü aşağıdakı kimidir:

-Şəxsi yaşayış evi (mənzil): 94.3%

-İcra hakimiyyəti orqanlarına, bələdiyyəyə məxsus ev (mənzil): 3.4 %

-Fiziki şəxsdən kirayə olunan ev (mənzil): 1.4 %

-Qohum-tanış evi: 0.8 %

 

Məqaləni tərtib etdi: Misir Məmmədli

Join The Discussion

Müqayisə Et

Müqayisə Et